Gold-Vit B Forte
Olimp Gold-VIT B Forte - orqanizmdə biokimyəvi proseslərin getməsi üçün zəruri olan B qrup vitamin kompleksindən ibarət tablet şəklində qida əlavəsidir.
B2, niasin və biotin - sinir sisteminin normal fəaliyyətinə kömək edir, eləcə də dərinin keyfiyyətinə müsbət təsir göstərir.
Bundan başqa, biotin orqanizmdə maddələr mübadiləsinin normal getməsinə kömək edir.
Vitamin B6 və B12 - qırmızı qan hüceyrələrinin normal formalaşmasına kömək edir.
Fol turşusu - normal qan yaranmada, eləcə də, intensiv fiziki yüklənmələr zamanı həlledici əhəmiyyətə malik olan aminturşuların normal sintezində iştirak edir.
Tərkibi: mikrokristalik sellüloza, sodium karboksimetilsellüloza, nikotinamid-niasin, laktoza, kalsium D pantotenat - pantoten turşusu, kalsium fosfat, pridoksin hidroxlorid - vitamin B6, siyanokobalamin- vitamin B12, riboflavin -vitamin B2, tiamin mononitrat - vitamin B1, maqnezium stearat, pteroilmonoqlutamin turşusu - fol turşusu, D-biotin, polivinil spirti, polietilenqlükol, talk, kalium alümosilikat, monooleat, polioksi etilen; rəngləyicilər: titan dioksid, dəmir oksid.
İstifadə qaydası: 1 tablet gündə 1 dəfə yemək zamanı
Bunları da bəyənəcəksiz