Aminturşu kompleksləri
Amin turşular proteinlərin qurucu daşları adlandırılır və ümumilikdə 20 amin turşu vardır. Biz bu məqaləmizdə idmanla məşğul olan şəxslər üçün ən vacib amin turşular haqqında məlumat verəcəyik. Yediyimiz qidalardan əldə etdiyimiz amin turşular proteinləri əmələ gətirir. Protein orqanizmdə sorulduğu zaman amin turşulara ayrılır və bu amin turşular orqanizmdə fərdi məqsədlər üçün istifadə olunur.