VITA-MIN PLUS MOTHER, 30 CAPSULES
Vita-min plus® Mother hamiləlik və laktasiya dövründə qidalandırıcı mikroelementlərin tələbatını ödəyən və xelat şəklində yüksək sovrulma qabiliyyətinə malik mineral tərkib hissələrinin yenilikçi və kompleks birləşməsidir.
Formul xüsusilə, ananın toxumalarının düzgün böyüməsinə kömək edən quşüzümü ekstraktı və fol turşusu ilə zənginləşdirilmişdir.. Məhsul hamiləliyə hazırlıq, hamiləlik və laktasiya dövründə tövsiyə olunur.
Elmi araşdırmalar sübut edir ki,
Vitamin A - sağlam dəri, görmə və immun sisteminin normal işləməsini təmin edir. Orqanizmdə müvafiq dəmir metabolizminin saxlanmasını da dəstəkləyir.
Vitamin D- normal kalsium səviyyəsinin saxlanmasında iştirak etdiyi üçün sağlam sümük və dişlərin olmasına kömək edir. Vitamin D əzələlərin və immunitet sisteminin düzgün işləməsinə kömək edir.
Vitamin E - hüceyrələri oksidləşdirici stressdən, yəni həddindən çox olan sərbəst radikallardan qoruyur.
Vitamin C - immun və sinir sisteminin düzgün işləməsinə kömək edir və hüceyrələri oksidləşdirici stressdən qoruyur. Üstəlik, kollagen istehsalını dəstəkləyir, böyrək qişası, dəri, diş və damağın düzgün işləməsini təmin edir.
Vitamin B1 - sinir sisteminin düzgün işləməsinə, enerji metabolizminə, ürək və psixoloji funksiyalara kömək edir.
Vitamin B2- yorğunluğun azaldılmasına, sağlam dəri saxlamağa və sinir sisteminin düzgün işləməsinə kömək edir.
Niasin - sağlam dəri saxlamağa, sinir sisteminin düzgün işləməsinə, yorğunluğun azaldılmasına kömək edir.
Vitamin B6 – orqanizmdə çox vacib funksiyaları vardır: müvafiq protein, glikogen və homosistein metabolizminin qorunması üçün məsuliyyət daşıyır və qırmızı qan hüceyrələrinin istehsalı və sinir sisteminin düzgün işləməsinə kömək edir. Vitamin B6 hormonal aktivliyin tənzimlənməsinə kömək edən B qrup vitaminlərindən biridir.
Fol turşusu- Tövsiyə edilən dozada ananın toxumalarının normal böyüməsinə kömək edir.
Vitamin B12 - qırmızı qan hüceyrələrinin istehsalına kömək edir və müvafiq enerji metabolizmini və sinir sisteminin düzgün işləməsini təmin edir. Bu, yorğunluğun azaldılmasına kömək edir.
Biotin - sağlam saçları, dərinin mükəmməlliyini qorumağa kömək edir.
Pantoten turşusu - sintez və metabolizmdə iştirak edir, D vitamini və bəzi neyromediatorların sintezində iştirak edir, zəka potensialını müvafiq səviyyədə saxlamağa kömək edir.
Kalsium - sağlam sümükləri və dişləri saxlamaq üçün lazımdır. Bundan əlavə, əzələlərin, həzm fermentlərinin normal işləməsini tənzimləyir.
Maqnezium - yorğunluğu azaldır və sinir sisteminin normal işləməsinə kömək edir. Bundan əlavə, zülal sintezinə və sağlam sümük və dişlərin saxlanmasına kömək edir.
Ferrum - bədəndə oksigen nəqli üçün məsuliyyət daşıyır, qırmızı qan hüceyrələrinin və hemoglobinin istehsalına və immun sisteminin düzgün işləməsinə kömək edir.
Sink - bir çox əhəmiyyətli funksiyaya malikdir: sağlam sümükləri, saçları, dırnaqları və dərini saxlamağa kömək edir, immun sisteminin düzgün işləlməsində və protein və DNT sintezində iştirak edir. Bu, qadınlar üçün vacib olan reproduktiv sistemin normal işləməsini təmin edir.
Manqan- birləşdirici toxumaların sintezində və orqanizmin sərbəst radikallardan qorunmasına kömək edir; onun düzgün konsentrasiyası sağlam sümükləri saxlamağa kömək edir.
Mis – orqanizmdə ferrum nəqliyyatına kömək edir və saç rəngi və dəri pigmentasiyasının saxlanmasında vacibdir.
Yod - tiroid tərəfindən hormonların düzgün istehsalını və vəzin düzgün işləməsini təmin edir. Bundan əlavə, zehni funksiyaların saxlanmasına kömək edir.
Tərkibi: Vitamin A, Vitamin D, Vitamin E, Vitamin C, Vitamin B1, Vitamin B2, niasin, Vitamin B6, fol turşusu, Vitamin B12, biotin, pantoten turşusu, kalsium (Albion® amin turşu xelat), maqnezium (Albion® amin turşu xelat), dəmir (Albion® amin turşu xelat (Ferrochel®)), sink (Albion® amin turşu xelat), manqan (Albion® amin turşu xelat), mis (Albion® amin turşu xelat), yod, quşüzümü bitkisinin ekstraktı (Vaccinium macrocarpon) bunlardan 10% proantosiyanidinlər, mikrokristallik sellüloza və toz sellüloza, xrom dioksid, maqnezium stearat, kapsul (jelatin boya: E171)
Tövsiyə olunan doza: 1 kapsul gündə 1 dəfə, əsas yeməkdən sonra, bol su ilə qəbul edin.