Chela-Zinc
Chela - Zinc ən yüksək biomənimsəməyə malik, aminturşu xelatı Albion formasında olan sinklə zəngin bioloji fəallığa malik qida əlavəsidir.
Chela-Zinc-in tərkibindəki sink yüksək biomənimsəməyə və keyfiyyətə malik aminturşu xelatı Albion formasındadır ki, bu da onun mədə-bağırsaq yolundan asan sorulmasını və yüksək biomənimsənilməsini təmin edir. Aminturşu xelatı Albion tamamilə hipoallergikdir.
Məhsulun xüsusiyyətləri:
Sink;
- testosteronun sintezində mühüm rol oynayır (testosteron molekulu üçün tikinti materialıdır);
- spermatozoidlərin hərəkətliyini artırır;
- testosteronu estrogenə çevirən aromataza fermentini ingibə edir;
- reproduktiv və nəsilartırma proseslərdə iştirak edir;
- 500-ə yaxın biokimyəvi reaksiyalarda iştirak edir;
- immuniteti artırır, antivirus təsiri göstərir;
- görmə orqanının fəaliyyəti üçün zəruridir;
- yaraların tez sağalmasına kömək edir;
- zülalların və makronutriyentlərin metabolizmi və turşu-qələvi balansının saxlanması üçün zəruridir;
- yağ turşularının normal metabolizminə kömək edir;
- hüceyrələri oksidləşdirici zədələnmədən qoruyur;
- dəri, saçlar və dırnaqların xarici görünüşünü yaxşılaşdırır;
Chela-Zinc haqqında video məlumat üçün linkə keçid edin: https://www.youtube.com/watch?v=cDwzbre4WDk
Tərkibi:maltodekstrin, sink bisqlisinat (sink aminturşu xelatı), həcm artırıcı - mikrokristalik sellüloza, ayırıcı - yağ turşularının maqnezium duzları, kapsul (jelatin- kapsul komponenti, rəngləyici: E171).
İstifadə qaydası: 1 kapsul gündə 1 dəfə yeməkdən sonra, həkimin göstərişi ilə
Bunları da bəyənəcəksiz